GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ minerallarla bağlı məsələyə görə Ukraynanı “Starlink”siz qoya bilər. Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Kiyevə minerallarla bağlı təzyiq göstərən amerikalı vasitəçilər Ukraynanı həyati əhəmiyyətli peyk-internet sistemindən – “Starlink”dən məhrum qoymağı təklif ediblər.
Agentlik bu barədə məlumatı üç mənbədən aldığını bildirir. Bu məsələ Ukrayna Prezidenti Volodimir Zelenskinin minerallarla bağlı təklifi rəd
Qeyd olunur ki, “Starlink” Ukrayna hərbçiləri üçün əlaqə saxlamaq vasitəsi kimi həyati əhəmiyyət daşıyır.
Bir neçə gün əvvəl ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla Zelenskinin görüşü zamanı bu məsələ bir daha qaldırılıb.
Ukrayna prezidentinə minerallarla bağlı saziş imzalanmadığı təqdirdə servisin söndürülə biləcəyi ilə bağlı məlumat verilib.
“Ukrayna “Starlink” istifadə edir, onu özünün qütb ulduzu hesab edir.