Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ ilk dəfə olaraq kosmosa nəzarət məqsədilə hazırlanmış hücum silahlarını orbitə yerləşdirdiyini təsdiqləyib.
Axar.az xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Meynk deyib.
Nazirin sözlərinə görə, ABŞ Silahlı Qüvvələri hazırda onları düşməndən qoruya bilən orbital vasitələrə malikdir.
Bununla belə, nazir söhbətin konkret olaraq hansı sistemlərdən getdiyini açıqlamayıb.
Meynk həmçinin sentyabr ayında hava hədəflərini izləyən peyk sisteminin prototiplərini işə salmaq planlarını açıqlayıb.