ABŞ dan gələn xəbər Suriyanın iqtisadiyyat nazirini ağlatdı

14.05.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyanın iqtisadiyyat və sənaye naziri Nidal Şaar ABŞ prezidenti Donald Trampın Dəməşqə qarşı sanksiyaları ləğv edəcəklərini açıqlamasından sonra qatıldığı televiziya proqramında göz yaşlarını saxlaya bilməyib.

Bizimyol.info xəbər verir ki, Şaar Türkiyə də daxil olmaqla həmrəylik göstərən ölkələrə təşəkkür edib.

Trampın Dəməşqə qarşı sanksiyaları ləğv edəcəklərini açıqlamasından sonra Suriyanın İqtisadiyyat və Sənaye naziri Nidal Əl Ərəbiyyə televiziyasının canlı yayımına qatılıb.

Nazir Şaar: “Ədalət öz yerini tapdı. Bu qərar milyonlarla suriyalının gözlədiyi qərar idi. Dünya bunu gözləyirdi. Bu ədalətli, humanist və haqlı qərardır. Səudiyyə Ərəbistanına, Qətərə, Türkiyə Respublikasına və Suriya rəhbərliyinə təşəkkür edirəm”, - deyə o, açıqlama verərkən göz yaşlarını saxlaya bilməyib.

Tramp Səudiyyə Ərəbistanındakı çıxışında ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyaların ləğvinə göstəriş verəcəyini və bunun Suriya üçün yeni bir başlanğıc olacağını bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью