ABŞ dan gözlənilməz: Çin öhdəliklərini yerinə yetirir!

08.02.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çin ABŞ-la ticarət əməkdaşlığı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir.

Axar.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent deyib.

"Deyə bilərəm ki, çinlilər sövdələşmə ilə bağlı üzərinə düşəni yerinə yetirirlər. Çin artıq Amerika soya lobyasının əvvəlcədən razılaşdırılmış alışını həyata keçirib",- o bildirib.

Bununla belə, o, Vaşinqton və Pekin arasında tam hüquqlu ticarət sazişinin imzalanmasının mümkün müddətləri ilə bağlı suala cavab verməkdən yayınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью