ABŞ dan Hörmüz boğazı ilə bağlı İrana xəbərdarlıq...

22.06.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Hörmüz boğazında tranzit gəmiləri qorumaq üçün hərbi tədbirlərdən istifadə imkanını nəzərdən keçirə bilər.

Axar.az xəbər verir ki, bu barədə CBS telekanalında dövlət katibi Mark Rubio bildirib.

“İran boğazı bağlamaq qərarına gəlsə, ilk qəzəblənən çinlilər olacaq - onlar buradan keçən neftdən asılıdırlar”, - diplomat qeyd edib.

O əlavə edib ki, Tehranın belə bir addımı genişmiqyaslı eskalasiyaya səbəb olacaq və buna təkcə ABŞ deyil, digər dövlətlər də cavab verəcək.

Qeyd edək ki, İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью