ABŞ dan İrana hücum mesajı: Bu ölkə də iştirak edəcək

10.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“ABŞ lazım gələrsə, İrana qarşı hərbi güc tətbiq etməyə hazır olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

O qeyd edib ki, İranla Omanda keçiriləcək məsləhətləşmələr uzun prosesin başlanğıcı olacaq.

“Vaxtımız azdır. Biz onların nüvə silahı əldə etmələrinə imkan verməyəcəyik. İranla hərbi əməliyyat tələb olunarsa, bunu reallaşdıracağıq. Aydındır ki, İsrailin bu işdə iştirakı gündəmdədir. Amma bizə heç kim rəhbərlik etmir, istədiyimizi edirik”, – deyə ABŞ prezidenti yekunlaşdırıb.

Qeyd edək ki, aprelin 12-də ABŞ və İranın nümayəndələri Omanda görüşəcək.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью