Icma.az bildirir, Azpost portalına istinadən.
ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla bağlı əməliyyatlara görə daha bir banka sanksiya tətbiq etməyə hazırlaşır.
Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent Associated Press agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, yeni sanksiyaların bu həftə tətbiq olunması planlaşdırılır.
“Lazım gələrsə, bu, maliyyə zorakılığı olacaq”, – Bessent deyib.
Nazir ABŞ-ın sanksiyaların hədəfinə çevriləcək qurumlara mesaj verdiyini bildirib:
“Biz insanlara göstəririk ki, sizin kim olduğunuzu bilirik. Siz də kim olduğunuzu bilirsiniz və bu, dayandırılmalıdır”.
Bessent sanksiyaların hansı banka qarşı tətbiq ediləcəyini açıqlamayıb.
Associated Press qeyd edir ki, ABŞ maliyyə nazirinin bu açıqlaması Şimali Karolina ştatının Eşvill şəhərində G20 ölkələrinin maliyyə nazirlərinin görüşü ərəfəsində səsləndirilib.
ABŞ Maliyyə Nazirliyinin rəhbəri görüş çərçivəsində çinli həmkarları ilə də görüşməyi planlaşdırdığını bildirib.
Bessentin sözlərinə görə, Vaşinqton İranla davam edən əməkdaşlığa görə Çinə qarşı sanksiyalar tətbiq etmək məsələsində “bütün variantları nəzərdən keçirir”.