ABŞ dan İrana qarşı yeni sanksiya: bu dəfə hədəfdə onlardır

24.02.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ İranın kölgə donanmasına qarşı yeni sanksiyalar tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

ABŞ administrasiyası “maksimum təzyiq kampaniyası” çərçivəsində müxtəlif ölkələrdə 30-dan çox insan və gəmiyə İran nefti ilə bağlı məhsulların satışı və daşınmasında vasitəçi olduqlarını əsas gətirərək sanksiyalar tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında sanksiya tətbiq edilənlər arasında Birləşmiş Ərəb Əmirlikləri və Honq Konqdakı neft brokerlərinin, Hindistan və Çindəki tanker operatorları və menecerlərinin, İran Milli Neft Şirkətinin prezidentinin olduğu bildirilib.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью