ABŞ dan İrana yeni zərbə: Hörmüzdə mina qüvvələri hədəfə alındı

31.08.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında İranın mina yerləşdirmə qüvvələrinə qarşı “məhdud zərbə” endirildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, CENTCOM ABŞ-ın İranın Lark adasına həyata keçirdiyi hücumla bağlı ABŞ-da yerləşən X sosial media platformasında açıqlama yayıb.

Bəyanatda bildirilib ki, ABŞ qüvvələri Hörmüz boğazında İranın mina yerləşdirən qüvvələrini hədəfə alıb. Qeyd olunub ki, Vaşinqtonun bu addımı mülki dənizçilərin, ticarət gəmilərinin və qlobal ticarətin sərbəst hərəkətinin qorunmasına yönəlib.

ABŞ ordusu ötən gecə Hörmüz boğazı yaxınlığındakı Lark adasına iki zərbə endirib. İlkin məlumatlara görə, hücumlar nəticəsində, mülki şəxslər də daxil olmaqla, iki nəfər ölüb, iki nəfər yaralanıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью