Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-dan İraqa yeni nağd dollar göndərişi.
Banco.az xəbər verir ki, İraq hökuməti ABŞ ilə əldə olunan razılaşmalar çərçivəsində ölkəyə yeni nağd dollar göndərişinin çatdığını açıqlayıb.
İraq hökumətinin sözçüsü Heydər əl-Abbudi məsələ ilə bağlı ölkənin rəsmi xəbər agentliyi INA-ya açıqlama verib.
Abbudi ABŞ-dan həyata keçirilən yeni nağd dollar göndərişinin valyuta axınının davamlılığını təmin etmək və ölkənin xarici valyutaya olan tələbatını ödəmək məqsədilə əldə olunan razılaşmalar çərçivəsində həyata keçirildiyini bildirib.
Prosesin mövcud siyasətə uyğun olaraq davam etdiyini qeyd edən Abbudi daha əvvəl verdiyi açıqlamada İraqın Baş naziri Əli əz-Zeydinin ABŞ ilə nağd dollar göndərişlərinin davam etdirilməsi barədə razılığa gəldiyini bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!