ABŞ dan Kanadaya xəbərdarlıq: İcazə verməyəcəyik!

26.01.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp administrasiyası Kanadanın ucuz Çin mallarının ABŞ-a daxil olduğu “boşluğa” çevrilməsinə imkan verməyəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent deyib.

"Kanadanın Baş naziri Mark Karni Çinə səfər etdi və geri qayıtdı, Çin mallarına müəyyən sənaye tariflərini endirdi və bizdə Kanada ilə yüksək səviyyədə bazar inteqrasiyası var. Biz Kanadanın ucuz Çin mallarının ABŞ-a axdığı boşluğa çevrilməsinə icazə verə bilmərik",- o bildirib.

Bessent hesab edir ki, Karninin hərəkətləri Kanada xalqına ən yaxşı şəkildə xidmət etmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью