ABŞ dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

05.10.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

“ABŞ Kiyevdəki səfirliyinin fəaliyyət formatını dəyişməyi və əməkdaşlarını təxliyə etməyi hələlik planlaşdırmır”.
Bizim.Media  xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
Onun sözlərinə görə, Vaşinqton Rusiyanın xarici diplomatik nümayəndəliklər üçün mümkün təhlükələrlə bağlı açıqlamalarına baxmayaraq, Kiyevdəki səfirliyin iş rejiminin dəyişdirilməsini zəruri hesab etmir.
“Biz dünyadakı hər bir diplomatik nümayəndəliyin ətrafındakı təhlükəsizlik vəziyyətini hər gün təhlil edirik. Əgər bizim fikrimizcə, iş formatının dəyişdirilməsini tələb edən təhlükə yaranarsa, bunu edəcəyik. Hələlik orada belə bir addım atmamışıq”, – Rubio deyib.
Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью