ABŞ dan KRİTİK AÇIQLAMA: Ukrayna ordusu yalın əli ilə vuruşmalı olacaq

26.03.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"Əgər Ukrayna sülh prosesi zamanı özü üçün məqbul şərtlərə nail olmasa, onun ordusu yalın əli ilə vuruşmalı olacaq".

Milli.Az publika.az-a itinadla xəbər verir ki, bunu Senatda keçirilən dinləmələrdə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff deyib.

Onun sözlərinə görə, Ukrayna xalqı və Ukrayna ordusu uzun illərdir ki, qiymətləndirilməyib, onlara məqbul şərtlər təklif olunmasa, yalın əllə döyüşəcəklər.

Ratkliff həmçinin deyib ki, Rusiya və Ukrayna istədikləri hər şeyi əldə etmədiyi və ölkələrdən birinin "maksimalist məqsədlərinə" nail olmadığı halda sülh danışıqları uğurlu olmayacaq.

Martın 24-də Rusiya və ABŞ nümayəndə heyətləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar aparıblar və danışıqların mərkəzi mövzusu Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin edilməsi elan edilib. Atəşkəs və infrastrukturun qorunmasının da müzakirə edildiyi görüş ümumilikdə 12 saat davam edib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью