ABŞ dan Netanyahuya sərt mesaj: Ya öhdəliklərini yerinə yetir, ya da...

24.11.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

ABŞ administrasiyası Qəzza siyasətinə görə İsraili sülh planının iflasa uğramasında əsas məsul tərəf hesab etməyə başlayıb.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, Vaşinqtonun Benyamin Netanyahu hökumətindən narazılığı getdikcə artır və bu, İsrailə qarşı daha sərt tədbirlərlə nəticələnə bilər.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Yaxın Şərq alt komitəsinin sədri, respublikaçı Deyv Makkormik də İsraili Donald Trampın 20 maddəlik sülh planı üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham edən Sülh Şurasının mövqeyini dəstəkləyib.

Makkormikin sözlərinə görə, HƏMAS silahsızlaşdırılmalı, İsrail isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Əks halda, tarixi fürsət və beynəlxalq dəstək itirilə bilər.

Sülh Şurası İsrailə xəbərdarlıq edir ki, planın icrası uğursuz olarsa, Qəzzaya nəzarət BMT-yə və ya Fələstin Muxtariyyətinə verilə bilər. Digər mümkün ssenari HƏMAS-ın hakimiyyətinin rəsmən tanınmasıdır.

Nəşr qeyd edir ki, ABŞ-da gələcək siyasi dəyişikliklər də İsrailə münasibətdə daha sərt xəttin formalaşmasına səbəb ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью