Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şuşa, 8 oktyabr, AZƏRTAC
Şuşa çox gözəl şəhərdir və mən inanıram ki, bura səfər edən turistlərin sayı daha da artacaq.
Bu sözləri Şuşa şəhərində AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Dünya səyyahlarının Qarabağa və Şərqi Zəngəzura səfərinin iştirakçısı, Amerika Birləşmiş Ştatlarındam olan səyyah Enci Kevn bildirib.
O deyib: "Buraya səfər etməkdən çox məmnunuq. Bizim səfərimizlə daha çox insan buranın təhlükəsiz bir yer olduğu barədə məlumat əldə edə biləcək. Bura gözəl bir yerdir və insanları bura səfər etməyə dəvət edirik.
Xüsusilə Şuşa haqqında onu deyə bilərəm ki, bu şəhərin memarlığı heyrətamizdir".
Müxbir - Tahir Ağaməmmədov