ABŞ dan Orbana çağırış: Rus neftindən imtina…

07.11.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Demokratlar və Respublikaçılardan ibarət bir qrup senator Macarıstanı Baş nazir Viktor Orbanın Vaşinqtona səfəri ərəfəsində Rusiyadan enerji almağı dayandırmağa çağırıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” senatorların hazırladığı qətnaməyə istinadla məlumat yayıb.

“Sənəddə 10 senator Macarıstanın Rusiyanın yanacaqlarından asılılığını azaltmaq üçün heç bir əlamət göstərməməsindən narahatlığını ifadə edib. Onlar Orban hökumətini Avropa Komissiyasının 2027-ci ilə qədər Rusiyanın enerji idxalını tamamilə dayandırmaq təşəbbüsünə qoşulmağa çağırıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, Orban noyabrın 7-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşmək niyyətində olduğunu açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью