ABŞ dan qarşılıqlı addımları səbirlə gözləyirik Kobaxidze

02.08.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan ABŞ tərəfi ilə əlaqə saxlayır və strateji tərəfdaşlığın bərpasına nikbin yanaşır.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasına deyib.

"Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın bərpa olunacağına nikbin yanaşırıq. Amerikalı tərəfdaşlarımızla əlaqə saxlayırıq. Ümid edirik ki, qarşılıqlı addımlar atılacaq və bu, nəticədə strateji tərəfdaşlığın bərpasını təmin edəcək. Məqsədimiz budur və ABŞ tərəfindən qarşılıqlı addımları səbirlə gözləyirik", - Kobaxidze bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью