ABŞ dan Rusiyaya müharibə mesajı Biz birlikdə...

09.05.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın Rusiyadakı səfirliyi  İkinci Dünya müharibəsi zamanı həlak olan rusların xatirəsinə yazı dərc edib.

Globalinfo.az xəbər verir ki, mesaj diplomatik missiyanın Teleqram kanalında yer alıb.

“Qələbənin 80 illiyi təkcə zəfər bayramı deyil, həm də sükut və ehtiramla anma anıdır”, – deyə məlumatda bildirilib.

Səfirlik rus xalqının çətinliklərini xatırladıb:

“Buraya Leninqradın mühasirəsi, həmçinin  Sevastopol və Stalinqrad uğrunda döyüşlər daxildir. Biz səngər qazan nənələri, su daşıyan uşaqları unutmuruq. Bu zaman ABŞ və Sovet əsgərlərinin ümumi məqsədlərə nail olunmasına verdiyi töhfələr də xatirimizdədir. Müttəfiq qüvvələr birlikdə faşist zülmünə qarşı müharibənin gedişatını dəyişdirdilər”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью