ABŞ dan Təl Əvivə xəbərdarlıq: Bu, daha uzun davam edəcək

23.03.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Hörmüz boğazının açılması ilə bağlı hücum planlarına dair Təl-Əviv hökumətinə mesaj göndərib.

"Ölkə.az" xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın qiymətləndirməsinə görə, Hörmüz boğazının açılmasına yönəlmiş hücumlar həftələrlə davam edəcək.

İddiaya görə, bu hücum planları səbəbindən ABŞ İsrailə müharibənin gözləniləndən daha uzun davam edəcəyi barədə mesaj çatdırıb.

Hesabatda Vaşinqtonun planının təkcə boğazı açmaq deyil, həm də İranın qlobal enerji qiymətlərinə təsirini aradan qaldırmaq olduğu qeyd olunub.

Həmçinin vurğulanıb ki, İsrail ABŞ-ın bəzi planlarından xəbərdardır və onun fəaliyyətlərində iştirak edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью