ABŞ dan Türkiyəyə AÇIQ MESAJ: Tramp Ərdoğandan nə istəyir? KONKRET

21.08.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

ABŞ Dövlət Departamenti Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemindən imtina etmədiyi təqdirdə F-35 Birgə Hücum Təyyarəsi proqramında iştirak edə bilməyəcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, “Turkish Minute”nin məlumatına görə, bu barədə Dövlət Departamentinin avqustun 20-də konqresmen Kris Pappasa və digər Konqres üzvlərinə göndərdiyi rəsmi məktubda bildirilib.

Qanunvericilik Məsələləri Bürosunun yüksək vəzifəli əməkdaşı Pol Quaqlianone sənəddə qeyd edib ki, ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır:

Türkiyənin S-400-lərə sahib olması ölkənin F-35 proqramında iştirakı ilə uyğun gəlmir”.

Məktubda həmçinin vurğulanıb ki, Türkiyə ilə bağlı bu tələblər Amerika qanunvericiliyində, xüsusilə də 2020-ci il üçün Müdafiə Səlahiyyəti Qanununun 1245-ci bölməsində əksini tapıb.

Beləliklə, Vaşinqtonun Ankaraya açıq mesajı budur: Türkiyə ya Rusiya silahlarından imtina etməli, ya da ABŞ-ın hərbi-texnoloji proqramlarında iştirakdan kənarda qalmalıdır.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью