ABŞ dan üç ölkədəki səfirliyə mesaj: Tərk edin!

03.03.2026

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Bəhreyn, İordaniya və İraqdakı səfirliklərinin bəzi əməkdaşlarını təxliyə edir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ diplomatik nümayəndəliklərinin saytında yazılıb.

“2 mart 2026-cı il tarixindən etibarən Dövlət Departamenti təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən ABŞ hökuməti heyətinə İraqı tərk etməyi tapşırıb”, – deyə İraqdakı səfirlik qeyd edib.

İordaniya səfirliyinin veb saytında bildirilib ki, ABŞ hökumət işçilərinin ailə üzvlərinə də krallığı tərk etmək əmri verilib.

Eyni mesaj Bəhreyndəki Amerika diplomatik nümayəndəliyinin saytında da dərc olunub.

Qeyd edək ki, martın 3-ü səhər saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndə ABŞ aviabazasına hücum edib.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью