Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pentaqonun yeni rəhbəri Pit Heqset Ukraynanın 2014-cü ildən əvvəl sərhədlərə qayıtması ilə bağlı açıqlama verib.
O, bunu qeyri-real adlandırıb, KONKRET.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ramşteyn formatında keçirilən görüşdə Heqsetə istinadən məlumat yayıb.
“Biz kritik məqamdayıq. Müharibə artıq 3-cü ildönümünə yaxınlaşdığı üçün bu savaşa və qan tökülməsinə son qoymalıyıq”.
Heqsetin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini diplomatiya yolu ilə bitirmək istəyir.
Onun sözlərinə görə, müharibəni bitirmək və sabit sülhə nail olmaq Tramp üçün əsas prioritetdir.
Pentaqon rəhbəri əlavə edib ki, Tramp Ukrayna və Rusiya Federasiyasını danışıqlar masasına oturtmaqla müharibəni bitirmək niyyətindədir.
Eyni zamanda, Heqset Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasını qeyri-real adlandırıb.