ABŞ Danimarka ilə Qrenlandiya barədəki müqaviləyə yenidən baxacaq

23.01.2026

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Ağ EV: "Sazişin təfərrüatları bütün tərəflər razılaşdıqda açıqlanacaq"

ABŞ Qrenlandiyadakı hərbi mövcudluğuna qoyulan hər hansı məhdudiyyəti aradan qaldırmaq üçün Danimarka ilə 1951-ci il müdafiə müqaviləsini yenidən nəzərdən keçirmək istəyir. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Saziş Vaşinqtonu ABŞ-ın Qrenlandiyadakı hərbi əməliyyatlarında və ya obyektlərində hər hansı əhəmiyyətli dəyişiklik etməzdən əvvəl Danimarka və Qrenlandiya ilə "məsləhətləşmələr aparmağa və məlumatlandırmağa" məcbur edir.

ABŞ indi Vaşinqtonun planlarının məhdudlaşdırılmamasını təmin etmək üçün bu sənədi yenidən nəzərdən keçirmək istəyir.

“Bloomberg” yazıb ki, Danimarka və Qrenlandiyanın dəyişikliklərə razı olub-olmayacağı hələ məlum deyil.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli agentliyə bildirib ki, "sazişin təfərrüatları bütün tərəflər razılaşdıqda açıqlanacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью