Icma.az, 525.az portalına istinadən məlumat verir.
“İran ABŞ tərəfindən danışıqlara ciddi siyasi iradə nümayiş etdirildiyini görmür”.
525.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
“İran davamlı və uzunmüddətli həllə nail olmaq üçün real diplomatiyaya sadiq olduğunu dəfələrlə bəyan edib. Lakin qarşı tərəfdə real danışıqlar aparmaq üçün ciddi iradə görmürük”, - o, Mərkəzi Asiya və Əfqanıstanda təhlükəsizlik məsələlərinə dair KTMT, MDB və ŞƏT konfransında çıxışı zamanı bildirib.
Səfirin sözlərinə görə, ABŞ dəfələrlə danışıqlardan aldatma vasitəsi kimi istifadə edib və dialoq zamanı İrana hücumlar həyata keçirib. O, bunu “diplomatiyaya və dövlət idarəçiliyi etikasına xəyanət, müasir tarixdə nümunəsinə nadir hallarda rast gəlinən bir hal” adlandırıb.
ABŞ və İsrail fevralın 28-də İrandakı obyektlərə zərbələr endirməyə başlayıb. İran tərəfi isə buna cavab zərbələri ilə qarşılıq verib. İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalayıblar, lakin sonradan tərəflər yenidən zərbələr mübadiləsi aparıblar. Hazırda münaqişə həllini tapmayıb.
Pərvanə Sultanova