Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Əgər ABŞ danışıqlara ciddi yanaşırsa, Tehranın 7 şərtini qəbul etməli və icra etməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının sədr müavini Əli Baqiri dövlət televiziyasına açıqlamasında deyib.
Əli Baqiri bu çərçivənin təqdim edilməsini ABŞ-nin keçmişdəki etibarsız mövqeyi və öhdəliklərini pozması ilə əsaslandırıb: “Ötən ilin yazında keçirilən 5 raundluq danışıqlardan sonra ABŞ ikinci müharibəyə başladı. Payızda diplomatik proses gedə-gedə prinsiplərə zidd addımlar atıldı, qışda isə danışıqlar davam etdiyi halda İranın Ali Lideri Əli Xamenei qətlə yetirildi.
Əgər Vaşinqton bu şərtləri yerinə yetirərsə, yalnız o zaman ciddi danışıqların başlayıb-başlamayacağını qiymətləndirə bilərik. Əks halda, onlar sırf seçki marfonu və siyasi maraqları üçün müvəqqəti razılaşma axtarırlar”.
Baqiri vurğulayıb ki, bu şərtlər qəbul edilməzsə, ABŞ-nin danışıqlardan sonra yenidən təzyiq siyasətinə və ya hərbi müdaxiləyə qayıtmaq riski qalacaq.
Qeyd edək ki, İranın təqdim etdiyi tələblərə dəniz blokadasının qaldırılması, kommersiya və neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin edilməsi, birtərəfli sanksiyaların ləğvi, neft ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması daxildir. Həmçinin dondurulmuş aktivlərin azad edilməsi, nüvə materiallarının ölkə daxilində saxlanılması və hərbi əməliyyatların tamamilə dayandırılması şərtləri də siyahıdadır.