ABŞ DÇ 2038 ə ev sahibliyi etmək niyyətindədir

27.06.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerika Birləşmiş Ştatları dünya futbolunun ən böyük zirvəsini yenidən ölkəyə gətirmək üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, ABŞ rəhbərliyi FIFA-nın gələcəkdə 64 komandaya çatdırmağı planlaşdırdığı 2038-ci il Dünya Çempionatına ev sahibliyi etmək üçün rəsmi müraciət imkanlarını araşdırır.

Mövzu ilə bağlı verilən açıqlamada, "Bizim artıq hazır stadionlarımız var. On milyardlarla vəsait xərcləməli olan digər ölkələrdən fərqli olaraq, bizim xərclərimiz cəmi bir neçə milyard dollar təşkil edəcək" ifadələri işlədilib.

FIFA-nın 2026-cı ildən cəmi 12 il sonra turniri yenidən ABŞ-yə qaytarıb-qaytarmayacağı böyük maraq doğurur.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью