ABŞ DÇ dən nə qədər gəlir əldə edib? Tramp açıqladı

06.09.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ölkənin 2026-cı il Dünya çempionatından əldə etdiyi gəliri açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu məlumatı “Truth Social” platformasında paylaşıb.

Onun sözlərinə görə, turnir ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox vəsait qazandırıb. Dünya çempionatı həmçinin amerikalılar üçün 160 mindən çox iş yeri yaradıb.

“Amerikalı səyahətçilər üçün inanılmaz bir yay oldu! Amerikalılar təxminən 300 milyard mil məsafə qət etdilər. Milli parklarımız 78 milyon ziyarətçini qəbul etdi” – deyə Tramp əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью