ABŞ də 15 ildən sonra ilk

23.02.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

ABŞ-nin Cənubi Karolina ştatı martın 7-də 67 yaşlı Bred Siqmonu güllələməklə edam etməyi planlaşdırır.

"Ölkə.az" xəbər verir ki, bu, son 15 ildə ilk belə hadisə olacaq. Bred Siqmon, 2001-ci ildə keçmiş sevgilisinin valideynlərini öldürməkdə təqsirli bilinib. Edam üçün Siqmonun elektrik stulu, odlu silah və ya öldürücü iynə arasında seçim etməyə icazə verilib.

ABŞ-də son 15 ildə yalnız üç nəfər edam edilib və bunlar yalnız Yuta ştatında baş verib, sonuncusu 2010-cu ildə olub. Bu cür edamlar ölkə daxilində ciddi müzakirələrə səbəb olur və müxtəlif hüquq müdafiə təşkilatları tərəfindən etirazlara səbəb olmuşdur.(Milli.Az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью