ABŞ də 16 il sonra ilk dəfə bir gündə üç adam edam olunacaq

13.08.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Avqustun 13-ü, cümə axşamı günü Amerika Birləşmiş Ştatlarının eyni anda üç ştatında - Alabama, Oklahoma və Tennesidə ölüm hökmlərinin icrası nəzərdə tutulur. Bu, son 16 il ərzində ABŞ-də üç edamın bir gündə həyata keçiriləcəyi ilk hadisə olacaq.

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Alabama ştatında Ceremi Uilyamsın ölümcül inyeksiya vasitəsilə edam olunması gözlənilir. O, 2021-ci ildə beş yaşlı qızın zorlanması və qətlə yetirilməsində təqsirli bilinərək məhkum edilib.

Oklahomada isə 2003-cü ildə vətəndaş nikahında olduğu həyat yoldaşını öldürdüyü üçün Karlos Kuesta-Rodrigesin ölüm hökmü icra olunmalıdır.

Tennesi ştatında 1985-ci ildə dörd uşaq anasını qətlə yetirdiyinə görə məhkum olunmuş Entoni Haynsın edamı planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью