ABŞ də 2900 dən çox reys təxirə salındı

27.11.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin şərq hissəsində baş verən güclü fırtına hava nəqliyyatında ciddi fasilələrə səbəb olub.

Bakıvaxtı.az "FlightAware" portalına istinadən xəbər verir ki, ölkə üzrə 2462 aviareys təxirə salınıb, 459 reys isə tamamilə ləğv edilib. 

Beləliklə, əlverişsiz hava şəraiti 2900-dən çox uçuşa təsir göstərib.

Bundan başqa, şiddətli külək və yağış səbəbindən 760 mindən çox istehlakçı elektrik enerjisiz qalıb.

Nyu-York şəhərində və Nyu-Cersi ştatında gözlənilən güclü yağış və küləklə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью