ABŞ də 5,5 ballıq zəlzələ oldu

29.06.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin qərbində, Oreqon ştatının sahillərində 5,5 maqnitudalı zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ Oreqon ştatının Bandon şəhərindən 218 kilometr qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью