Icma.az, 525.az portalına istinadən məlumat yayır.
ABŞ-nin şimal-şərqindəki Men ştatında səkkiz nəfəri daşıyan şəxsi təyyarə qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb. Bildirilib ki, “Bombardier Challenger 600” təyyarəsi Bangor Beynəlxalq Hava Limanından havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.
Qəza ilə bağlı araşdırma başlayıb. Hava limanının uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb və vətəndaşlardan hava limanından uzaq durmaları istənilib. Təyyarədə olan sərnişinlərin sağlamlığı ilə bağlı hələlik heç bir məlumat verilməyib.
İbrahim Cəfərov