ABŞ də 800 mindən çox ev işıqsız qalıb

04.07.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ekstremal isti və fırtınalı hava nəticəsində ABŞ-də 840 mindən çox ev işıqsız qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "PowerOutage" saytında açıqlama verilib.

Bakı vaxtı ilə saat 17:19-a olan məlumata görə, ümumilikdə 843 mindən artıq abonentin elektrik təchizatı dayanıb.

Təbii şəraitdən ən çox təsirlənən ştatlar sırasına Miçiqan (385 min), Nyu-Cersi (179 min), Pensilvaniya (66 min), İllinoys (54 min), Ohayo (46 min), Viskonsin (20 min), Nyu-York (16 min) və İndiana (11 min) daxildir.

CNN telekanalı bildirir ki, Amerika Birləşmiş Ştatlarının şərqində, xüsusən Vaşinqton və Nyu-York kimi ərazilərdə havanın hərarəti son onilliyin ən yüksək səviyyəsinə çata bilər və yaxın günlər ərzində yeni temperatur rekordunun yenilənməsi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью