Icma.az, 525.az portalına istinadən məlumat yayır.
ABŞ-də evdə silahlı insident yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qanlı hadisə dünən səhər saat 8:00 radələrində Şimali Karolinanın Kasvel dairəsinin Prospekt Hill şəhərində baş verib.
Eyni ailə üzvlərinin olduğu evdə baş verən silahlı atışmada üç nəfər ölüb, bir nəfər isə yaralanıb. Hakimiyyət orqanları ölənlərdən birinin hücumu həyata keçirən şübhəli olduğunu bildirib.
Hadisə yerini araşdıran qruplar üç nəfərin cəsədini tapıblar. Silahlı hücum nəticəsində yaralanan bir nəfər hadisə yerində ilkin müalicə aldıqdan sonra Dyuk Universiteti Xəstəxanasına aparılıb.
Kasvel dairəsinin şerifi Toni Durdenin açıqlamasında hadisədə iştirak edənlərin hamısının yetkin və eyni ailənin üzvləri olduğu bildirilib.
O qeyd edib ki, ailə əvvəllər hüquq-mühafizə orqanlarına şikayət etməyib və hadisə yerində sübutların toplanması və araşdırma Şimali Karolina Dövlət Təhqiqat Bürosunun rəsmiləri tərəfindən aparılır.
İbrahim Cəfərov