ABŞ də altı min uçuş gecikdi: Hava limanlarınin işi iflic oldu

08.10.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-də uçuşlar kütləvi şəkildə təxirə salınır və ləğv edilir. Problemlər şatdaun fonunda aviadispetçerlərin ciddi çatışmazlığı ilə bağlıdır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə CBS telekanalı ABŞ Mülki Aviasiya Federal İdarəsinə istinadən məlumat verib.

Məlumata görə, Kaliforniyadakı hava limanları, eləcə də Denver, Nyuark və Nyu-Cersidəki hava limanları ciddi çətinliklərlə üzləşirlər. Bütün nəqliyyat qovşaqlarında kritik dərəcədə personal çatışmazlığı müşahidə olunur.

"FlightAware"in məlumatına görə, təkcə oktyabrın 6-da ABŞ-də 6 000-ə yaxın reysdə gecikmə olub. Qeyd edilir ki, fasilələrin miqyası 2022-ci ilin yayından - bütün koronavirus məhdudiyyətlərinin tamamilə götürülməsindən sonra uçuşların kütləvi şəkildə bərpa edildiyi vaxtdan bəri maksimal həddə çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью