ABŞ də ambulans helikopteri magistrala düşdü; 3 nəfər ağır yaralandı

07.10.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

ABŞ-nin Kaliforniya ştatında xidmət göstərən bir hava ambulansı helikopteri magistrala düşüb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Sacramento şəhərində baş verən hadisədə helikopterdə olan 3 nəfər ağır yaralanıb.

Sacramento Yanğın Xidməti bildirib ki, qəza yerli vaxtla saat 19:00 radələrində baş verib.

Hadisədən sonra magistralın şərq istiqaməti bağlanıb və yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью