ABŞ də ara yenidən QARIŞDI

20.10.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin Pensilvaniya ştatındakı Hazl qəsəbəsində yeni məlumat mərkəzlərinin tikintisi planlaşdırılır.

Lakin yerli sakinlər layihəyə qarşı çıxıblar.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, layihəyə razılıq vermələri müqabilində hər ev təsərrüfatına 10 min dollar təklif edilsə də, sakinlər bu təklifdən imtina ediblər.

Daşınmaz əmlak şirkəti “NorthPoint Development” tərəfindən irəli sürülən “Project Hazelnut” adlı layihə təxminən 5,2 kvadratkilometr ərazidə 15 məlumat mərkəzi binasının tikintisini nəzərdə tutur.Keçmiş kömür mədənçiliyi bölgəsi olan və təxminən 4 min 500 ev təsərrüfatının yaşadığı qəsəbədə əhalinin 17 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

Buna baxmayaraq, sakinlər layihəyə qarşı etirazlarını bildiriblər. Onlar hər ev təsərrüfatına təklif olunan 10 min dolları “rüşvət” adlandırıblar. Layihənin həyata keçirilməsi nəticəsində əmlaklarının dəyərinin aşağı düşə biləcəyindən ehtiyatlanan sakinlər məlumat mərkəzlərinin ətraf mühitə və gündəlik həyatlarına mümkün təsirlərindən də narahatdırlar.

Şirkət içməli sudan istifadə etmək əvəzinə, tullantı sularını təmizləməyi vəd edib. Bununla belə, məlumat mərkəzlərində minlərlə serverin fasiləsiz işləməsi və soyudulması böyük həcmdə elektrik enerjisi və su tələb edir. Obyektlərin yaradacağı səs-küy, elektrik ötürücü xətlərinin çəkilməsi və layihənin elektrik enerjisi tariflərinə mümkün təsirləri ilə bağlı da qeyri-müəyyənlik qalır.

Hazl sakinləri daşınmaz əmlaklarının dəyər itirməsindən narahatdırlar. Onların 10 min dollarlıq təklifə mənfi münasibəti texnoloji infrastruktur layihələrinə qarşı ictimai etirazları yenidən gündəmə gətirib. İnsanlar müasir texnologiyaların imkanlarından yararlanmaq istəsələr də, həmin texnologiyaların fəaliyyəti üçün zəruri olan infrastrukturun evlərinin yaxınlığında yerləşdirilməsini istəmirlər.

Bu baxımdan, Hazl qəsəbəsindəki etirazlar mobil rabitə antenalarının yaşayış məntəqələrində quraşdırılmasına qarşı reaksiyaları xatırladır.

Əfsanə 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью