525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Corciya ştatında keçirilən şənliklərin birində atışma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 11 gənc güllə yarası alıb.
Hadisə iki qrup arasında yaşanıb. Belə ki, parkların birində ad günü şənliyində sözləri çəp gələn gənclər odlu silaha əl atıblar. Hər iki tərəfdən yaralanan olub.
Qeyd edək ki, şerif Devid Devisin sözlərinə görə faktla bağlı cinayət işi başlanıb, saxlanılanlar var.
L Tağıyeva