ABŞ də atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb

01.06.2025

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin Kaliforniya ştatının Bolduin-Park şəhərində atışma baş verib, iki nəfər ölüb.

“Report” ABC-yə istinadən xəbər verir ki, bu barədə Los-Anceles dairəsinin şerif departamenti məlumat yayıb.

Məlumata görə, şəxsiyyəti açıqlanmayan şəxs tüfənglə insanlara atəş açıb. Hadisə nəticəsində biri polis olmaqla iki nəfər həlak olub, daha bir zabit yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Şerif Robert Lunanın sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью