ABŞ də atışma nəticəsində azı 8 nəfər yaralanıb

05.07.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin Nyu-York şəhərində Müstəqillik Günü şənlikləri zamanı baş verən atışmada dördü uşaq olmaqla azı səkkiz nəfər yaralanıb. Avtosfer.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb. Atəş açan şəxslərin sayı və cinayətin motivləri hələlik məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinin yaxınlığındakı ağacların altında içərisində silah olan çanta aşkar ediblər. Yerli sakinlərin sözlərinə görə, atışmanın baş verdiyi bina və ətraf ərazi kriminogen vəziyyətinə görə tanınır.

Polis faktla bağlı araşdırma aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью