Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin Pensilvaniya ştatının Eri şəhərində atışma nəticəsində ikisi uşaq olmaqla, azı doqquz nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Bildirilib ki, polislə saatlarla qarşıdurma yaşanıb.
Küçədə iki qadının cəsədi, evin daxilində isə həlak olan daha bir neçə nəfərin meyiti aşkar edilib.
Polisin məlumatına görə, şübhəli şəxs də ölü tapılıb. Polis əhali üçün heç bir təhlükə olmadığını bildirib.