ABŞ də avtomobil azarkeş kütləsinə çırpılıb

27.01.2025

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də avtomobil Milli Futbol Liqası (NFL) təmsilçisi "Filadelfiya İqlz"ın azarkeş kütləsinə çırpılıb.

"Report"un NBC10-a istinadən məlumatına görə, hadisə azarkeşlərin komandalarının Milli Futbol Konfransının (NFC) finalında "Vaşinqton Kommanders" üzərində qələbəsini (55:23) qeyd edərkən baş verib.

Şahidlərin sözlərinə görə, hadisə nəticəsində 30 nəfərə yaxın şəxs xəsarət alıb.

Polisdən verilən açıqlamada şübhəli şəxsin saxlanıldığı, lakin onun şəxsiyyətinin hələ müəyyənləşdirilmədiyi bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью