Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-də son iki ildə ayıların insanlarla qarşılaşmalarının sayı əhəmiyyətli dərəcədə artıb.
Redaktor.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bioloqlar ayılarla bağlı insidentlərin 15 ştatda artdığını bildiriblər. Məsələn, Koloradoda bu il yaşayış məntəqələri yaxınlığında ayıların müşahidə edilməsi və digər insidentlərlə bağlı 8,6 mindən çox məlumat daxil olub. Bu, 2025-ci illə müqayisədə təxminən iki dəfə çoxdur.
Ayıların insanlara 10 dəfə hücum etdiyi də qeydə alınıb. Bu göstərici müşahidələrin aparıldığı bütün dövr üzrə rekord sayılır.
Konnektikutda isə 2014–2020-ci illərdə evlərə ayıların girməsi ilə bağlı hər il 25-dən az məlumat daxil olub. 2022, 2024 və 2026-cı illərdə isə belə insidentlərin sayı ən azı 60 olub.
Floridada 2006–2010-cu illərdə ayılarla bağlı ildə orta hesabla 2,6 min şikayət qeydə alınıb. 2021–2025-ci illərdə isə bu göstərici orta hesabla 6,4 minə yüksəlib.
Xədicə BAXIŞLI