Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin Miçiqan ştatında baş verən atışmada beş nəfər ölüb.
"Report"un "Associated Press"ə istinadəin məlumatına görə, polis atışma barədə məlumat daxil olduqdan sonra bir evə gəlib. Hadisə yerində üç nəfərin meyiti, bir yaralı aşkarlanıb, o, xəstəxanaya aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Çad Hikmanı axtararkən polislər başqa evdə dördüncü ölünü aşkar ediblər.
Daha sonra polis Hikmanın maşınını meşədə tapıb. Şübhəlinin və digər qurbanın meyitləri avtomaşının yaxınlığında tapılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.