Icma.az, Sfera.az portalına istinadən məlumat yayır. ABŞ-də nəsli tükənməkdə olan ləkəli bayquşları qorumaq məqsədilə zolaqlı bayquşların öl
Bu plan bəzi konqresmenlərdə narazılıq yaradıb və onlar bununla bağlı hökumətə müraciət ünvanlayıblar.
Sfera.az "Hürriyet"ə istinadən xəbər verir ki, Konqres üzvləri, Daxili İşlər naziri Douq Burquma göndərdikləri birgə məktubda, ABŞ Balıq və Vəhşi Həyat Xidmətinin (USFWS) hazırladığı planın 450 mindən çox zolaqlı bayquşun öldürülməsini nəzərdə tutduğunu və bu təşəbbüsün həm etik, həm də maliyyə baxımından doğru olmadığını vurğulayıblar.
Plan, Sakit Okean Şimal-Qərbindəki meşə ekosistemini qorumağı hədəfləsə də, bu məqsədlə 30 il ərzində zolaqlı bayquşların öldürülməsi planlaşdırılıb.
Məktubda, bu tədbirin baha başa gələcəyi, hər bir bayquşun öldürülməsi xərcinin təxminən 3 min dollara təşkil edəcəyi və ümumilikdə 1,35 milyard dollara qədər büdcə tələb edəcəyi bildirilib.
Bəsti Rəfizadə Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.