ABŞ də bir gündə 7200 dən çox uçuş təxirə salındı

23.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

ABŞ-də hava nəqliyyatında  genişmiqyaslı fasilələr qeydə alınıb.

Bakıvaxtı.az "FlightAware" portalına istinadən xəbər verir ki, bir gündə 7,2 mindən çox uçuş ləğv edilib və ya gecikib.

Məlumata görə, ABŞ-də gecikmiş uçuşların ümumi sayı 6,8 mini keçib, 400 uçuş tamamilə ləğv edilib.

Cədvəldəki kütləvi dəyişikliklərin əsas səbəblərindən biri "Delta Air Lines" aviaşirkətinin sistemlərində baş verən genişmiqyaslı texniki nasazlıq olub. Belə ki, təyyarələrin çəkisini və ağırlıq mərkəzini (çəki və tarazlığı) hesablamaq üçün hazırlanmış proqram təminatında problemlər yaranıb.

Texniki nasazlıq səbəbindən yüzlərlə aviaşirkətin uçuşu vaxtında hava limanlarından yola düşə bilməyib.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью