ABŞ də bir qışqırıq təyyarənin təcili enişinə səbəb oldu

18.11.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

ABŞ-də bir kişi təyyarədə "arvadımın baqajında bomba var" deyərək sərnişinləri və ekipajı təşvişə salıb.

Avtosfer.az "People" nəşrinə istinadən xəbər verir ki, hadisə "United Airlines" aviaşirkətinə məxsus "Boeing 737-700" laynerində baş verib. Təyyarə Dallasdan Çikaqoya uçurmuş.

Bomba həyəcanı səbəbindən layner Sent-Luisdə təcili eniş etmək məcburiyyətində qalıb. Təyyarədə 119 sərnişin və 5 ekipaj üzvü olub.

Hüquq-mühafizə orqanları təyyarədə axtarış aparıb və heç bir partlayıcı qurğu tapmayıb. Uçuş daha sonra davam etdirilib və təyyarə Çikaqoya enib.

Sərnişinin məsuliyyətsiz davranışı uçuşun 5 saat yarım gecikməsinə səbəb olub. Yalan məlumat verən şəxs saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью