ABŞ də bir ştat köçürülür

23.04.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin Nyu-Cersi ştatında baş verən genişmiqyaslı meşə yanğını ilə əlaqədar hakimiyyət orqanları məcburi təxliyə göstərişi verib.

"Cebheinfo.az" xəbər verir ki, Nyu-Cersi Yanğınsöndürmə İdarəsi yanğının dünən səhər tezdən Ocean qraflığında Qrinvud Meşə Vəhşi Təbiət İdarəetmə Bölgəsində başladığını bildirib.

Meşə yanğınının təxminən 8500 hektar əraziyə təsir etdiyi açıqlanıb.

Nyu-Cersi Yanğınsöndürmə İdarəsi yanğının yalnız 10 faizinin söndürüldüyünü bildirib.

Səlahiyyətlilər qeyd edib ki, bölgədə 3000 nəfər təxliyə edilib və pilotsuz uçan aparatların uçmaması ilə bağlı xəbərdarlıq edilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью