ABŞ də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

14.11.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton, 14 noyabr, AZƏRTAC

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkənin bütün hava limanlarında təyyarələrin havaya qalxmasının müvəqqəti dayandırılması barədə son dərəcə nadir qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, cümə günü günortadan sonra yayımlanan hava hərəkətinə nəzarət bildirişində qərarın fövqəladə hallar və təhlükəsizlik səbəbləri ilə əlaqədar olduğu bildirilib.

“Bütün uçuşa hazırlaşan təyyarələr növbəti göstərişə qədər yerdə saxlanılmalıdır”, – deyə bildirişdə qeyd olunub.

ABŞ-yə istiqamətlənən beynəlxalq reyslərlə bağlı qərarların isə hər bir uçuş üzrə fərdi qaydada veriləcəyi açıqlanıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью