ABŞ də “buynuzlu dovşan” virusu yayılıb

13.08.2025

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Kolorado ştatında bəzi vəhşi dovşanların başında “buynuz”a bənzər çıxıntılar müşahidə edilib. 

Sherg.az xəbər verir ki, mütəxəssislər bunun “cottontail dovşanı papillomavirusu” adlı xəstəlikdən qaynaqlandığını bildirir. Virus adətən baş nahiyəsində qara düyünlər yaradır, böyüdükcə buynuz formasını alır.

Virus dovşanların həyatını adətən təhdid etmir, lakin qida və su qəbulunu çətinləşdirəcək qədər böyüyərsə təhlükəli olur. Ev şəraitində açıq havada saxlanılan dovşanlar da yoluxa bilər və onlarda xəstəlik daha ağır keçir.

Rəsmilər virusa yoluxmuş dovşanlara toxunmamağı, yalnız qidalanması çətinləşənlərin humanist şəkildə yatızdırılmasını tövsiyə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью